Gənclər internetdə şöhrət axtarırlar
    • 7-06-2024, 23:30
    • 243

Gənclər internetdə şöhrət axtarırlar

Böyük Britaniyada yerləşən telekommunikasiya şirkəti BT Group tərəfindən gənclərin karyera hədəfləri ilə bağlı yeni araşdırma aparılıb.

News24.az xəbər verir ki, araşdırmada İngiltərədə gənclərin 2024-cü ildəki karyera hədəfləri 2000-ci ildəki üstünlükləri ilə müqayisə edilib.

Araşdırma göstərib ki, internetin artan populyarlığının təsiri ilə 11-15 yaş arası uşaqlar sosial media ilə əlaqəli peşələri daha cəlbedici tapırlar.

Bununla belə, məlumatlar son 20 ildə oğlanların STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) təhsilində qızlardan üstün olduğunu ortaya qoyub.

2000-ci ildə gənc qızlar müəllim, həkim və hüquqşünas kimi ənənəvi peşələri arzulayırdılarsa, bu gün influencer və sosial media meneceri kimi yeni peşələr populyarlaşıb.

Eyni dövrdə gənclər biznes meneceri, İT mütəxəssisi, mühəndis kimi klassik karyera yollarını hədəflədikləri halda, bu gün video oyun dizayneri və proqram mühəndisi kimi texnologiyaya əsaslanan peşələrə daha çox maraq var.

Günel Məlikzadə