-
- 8-06-2024, 09:46
- 332
Məşhur fenomen: 3 ildir ki, qurtulmağa çalışıram
Sosial medianın ən məşhur fenomenlərindən olan Danla Biliç həm şəxsi həyatı, həm də paylaşımları ilə hər zaman gündəmdədir.
News24.az xəbər verir ki, daha əvvəl burnundan və çənəsindən əməliyyat keçirən Bilicin dodaq dolgusu, göz əməliyyatı və müntəzəm botoks etdirdiyini və bundan çox məmnun olduğunu ifadə edərək, "Aquafilling" əməliyyatından sonra yaşadıqlarından danışıb və xəbərdarlıq edib.
Danla Bilic, "Mən həmişə gözəl şeylər tövsiyə etməyəcəyəm" dedi və aquafilling prosedurunun bədənində yaratdığı fəsadları izah edib.
Doldurma əməliyyatı ilə ombasını böyütdüyünü ifadə edən Bilic, "Xahiş edirəm bunu etdirməyin, elə bir maddədir ki, yoluxa bilərsiz. İki il əvvəl mən yoluxmuşdum, bir ay xəstəxanada yatdım. Dolğu heç vaxt ərimir, omba və sinəyə vurulan dolgu bədəndə üstünlük qazanır və qabırğalarıma yayılır.
Fenomen, "Bəzən elə bir yerə toplaşırlar ki, sanki tennis topu udmuş kimi görünürsən. Bu iyrənc, biabırçı bir şeydir. Danışdığım hər kəs eyni şeyi yaşayıb" deyib.
Danla Bilic sözlərini belə yekunlaşdırıb: “Xahiş edirəm, vücudunuza belə bir şey etməyin, mən tamamilə cəhalətimə təslim oldum. Çölə çıxdım və gözəl bir ombaya sahib olmaq istədim. 3 ildir ki, bundan qurtulmağa çalışıram"
Günrl Məlikzadə