Nihal Candan həbsxanada yaşadıqlarından danışdı
    • 29-04-2024, 16:19
    • 314

Nihal Candan həbsxanada yaşadıqlarından danışdı

Sosial media fenomenləri Bahar-Nihal Candan bacıları 5,5 ay əvvəl çirkli pulların yuyulma istintaqında həbs olunub.

News24.az xəbər verir ki, fenomen bacılardan Nihal Candan həbsxanada iştahsızlıqdan (yemək yeməmək) əziyyət çəkib və 37 kiloya düşüb.

Vəziyyəti pisləşdiyi üçün həbsxanada müalicəsinin davam edə bilməyəcəyini bildirən hesabat alan Nihal Candan sərbəst buraxılıb.

Candan həbsxanada yaşadıqlarından danışıb.

Kanal D-ə açıqlama verən Nihal Candan həbsxanadakı ilk günlərinin çətin keçdiyini bildirib.

Bacısı ilə bir-birlərinə dəstək olduqlarını izah edən Candan, "6 aydır ki, padşahlar kimi yatırıq" kimi həmişə zarafatlaşırıq. Tez-tez psixoloji dəstək alırdıq. Psixoloji cəhətdən mənim üçün çətin idi. Kitablarımız və seriallarımız var idi. Yeməkxana sayəsində alış-veriş ehtiyaclarımızı qarşılayırdıq" dedi.

Səhvlər etdiyini etiraf edən Candan, “Gənc uşaqlara pis nümunə göstərmişəmsə, üzr istəyirəm. Mənim məqsədim heç vaxt sosial mediadan pul qazanmaq olmayıb" əlavə etdi.

Günel Məlikzadə