Ana müxalifət partiyasının sədri istefa verdi
    • 8-06-2024, 15:26
    • 342

Ana müxalifət partiyasının sədri istefa verdi

Gürcüstanın ana müxalifət "Vahid Milli Hərəkat” Partiyasının sədri Levan Xabeişvili vəzifəsindən istefa verib.

News24.az xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.

Sədr istefa qərarını səhhətinə görə qəbul etdiyini açıqlayıb.

Partiyanın parlament fraksiyasının rəhbəri Tina Bokuçavanın onun yerinə keçəcəyi qeyd olunur.