Türkiyə futbolunun canlı əfsanəsi niyə Azərbaycan millisində işləmək istəyir?
    • 8-06-2024, 23:04
    • 245

Türkiyə futbolunun canlı əfsanəsi niyə Azərbaycan millisində işləmək istəyir?

Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər.

Bu barədə Türkiyənin «teleqram» kanalları məlumat yayıb.

Bildirilib ki, AFFA 44 yaşlı məşqçi ilə danışıqlar aparır. Razılıq əldə olunarsa, o, yığmanın yeni çalışdırıcısı olacaq.

Əmrə Bələzoğlunun son iş yeri başa çatan mövsümü 17-ci yeri tutaraq Superliqa ilə vidalaşan "Ankaragücü" olub. Tərəflər qarşılıqlı şəkildə müqaviləyə xitam veriblər.

Türkiyə Superliqasında uğursuz çıxış gənc mütəxəssis bağışlanılmayıb. Komanda Əmrənin rəhbərliyi ilə 1-ci Liqaya düşüb.

"Ankaragücü" 43 yaşlı baş məşqçi ilə keçirdiyi 31 oyunda 7 qələbə qazanıb, 13 dəfə heç-heçə oynayıb, 11 dəfə uduzub. Komanda 6-cı dəfə güclülər dəstəsini tərk edib.

Bələzoğlunun namizədliyi gerçəkdən də AFFA-nın gündəmindədir. Türkiyəli tanınmış menecerlərdən biri SOCAR-dakı tanışları vasitəsilə federasiya rəhbərliyi ilə təmasa keçib.