-
- 14-05-2019, 18:31
- 1 059
Problemli kreditlərlə bağlı kompensasiyalar 84 faiz ödənilib
Problemli kreditlərlə bağlı ölkə başçısının imzaladığı Fərmanın icrası davam edir.
Artıq 506 000-dən artıq fiziki şəxs kompensasiya əldə edib ki, bu da kompensasiya güzəştindən yararlanacaq fiziki şəxslərin ümumi sayının 84%-ni təşkil edir. News24.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib. Qeyd edək ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası çərçivəsində ümumilikdə 602 min vətəndaşa kompensasiyanın ödənilməsi nəzərdə tutulub.