-
- 15-05-2019, 01:09
- 1 003
Eurovision 2019 mahnı müsabiqəsinin I yarımfinalı baş tutdu - Bu 10 ölkə artıq finaldadır- FOTOLAR
İsrailin Tel-Əviv şəhərində Expo Center Arenada Eurovision 2019 mahnı müsabiqəsinin I yarımfinal mərhələsi keçiriilib. Müsabiqənin ilk yarımfinalının açılışını ötən ilki müsabiqənin qalibi Netta edib. O, xüsusi olaraq bu gecə üçün hazırlanmış geyimdə rəqqaslarla birgə səhnəyə çıxıb. Nettanın çıxışı zamanı 3D formatından istifadə olunub.
Expo Arenada quraşdırılmış xüsusi səhnə son effektlərlə müsabiqəni tamaşaçılar üçün çox maraqlı edib.
I yarımfinalda səhnəyə ilk çıxan ölkə təmsilçisi Kipr təmsilçisi Tamta olub. Daha sonra sırayla Monteneqro, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İsladiya, Estoniya, Portuqaliya, Yunanıstan və San-Marino təmsilçisi səhnəyə çxıaraq öz nömərlərini təqdim ediblər.
15 dəqiqəlik səsvermə zamanı Dana İnternational səhnəyə çıxıb. O, ifası zamanı hər kəsi öpüşməyə səsləyib.
İlk yarımfinalda 17 ölkə finala çıxmaq uğrunda mübarizə aparıb. Həmin ölkələrdən 10-u finala vəsiqə qazanıb.
Bunlar Yunanıstan, Belarusiya, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino, Sloveniya ölkələridir.
Qeyd edək ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev mayın 16-sı keçiriləcək müsabiqənin II yarımfinalında 18 nömrə altında çıxış edəcək. II yarımfinalda 18 ölkə finala keçməlk üçün mübarizə aparacaq. Mayın 18-i isə keçiriləcək final mərhələsində qalibiyyət uğrunda 26 ölkə yarışacaq.