Ruhəngiz Əli Mirəliyevdən incidi
    • 10-06-2024, 10:54
    • 940

Ruhəngiz Əli Mirəliyevdən incidi

Əməkdar artist Ruhəngiz Musəvi qonaq olduğu şou proqramlardan birində həmkarı Əli Mirəliyevdən möhkəm incidiyini bildirib. 

News24.az Lent.az-a istinadla xəbər verir ki, müğənni  Əli Mirəliyevin onun barəsində başqa bir kanalda işlətdiyi sözlərə əsəbiləşdiyini söyləyib:

“Kaş, Əli Mirəliyevlə duet oxumazdım. Kənardan baxıram, ayıbdır. Heç olmasa, o duetlərə hörmətlə yanaş, danışığını bil. Əlidən heç gözləməzdim. O dəfə verilişlərin birində deyib  “Ruhəngiz Musəvi və Ruhəngiz Allahverdiyeva toyda “Bu gecə” mahnısını qışqıra-qışqıra oxuyublar”. Ayıbdır! Bundan sonra onunla efirə çıxmayacağam. Danışığına fikir ver, bəsdir. Bu şeylər mənə toxunur”.