"Kapital Bank"ın istiqrazları Bakı Fond Birjasına YERLƏŞDİRİLİB: VİDEO/FOTO
    • 10-06-2024, 13:37
    • 407

"Kapital Bank"ın istiqrazları Bakı Fond Birjasına YERLƏŞDİRİLİB: VİDEO/FOTO

Kapital Bank istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsinə həsr oluna açılış zəngi tədbiri baş tutub.

News24.az-ın məlumatına görə, tədbirdə Bakı Fond Birjasının Baş Kommersiya İnzibatçısı Oqtay Qasımov, Kapital Bankın Xəzinədarlıq Departamentinin direktoru Fərid Əliyev və PAŞA Kapital investisiya Şirkətinin İdarə Heyəti sədrinin müavini Rauf Qurbanov çıxış edib. Daha sonra açılış zəngi çalınıb.

Kapital Bankın Xəzinədarlıq Departamentinin direktoru Fərid Əliyev bildirib ki, Kabital Bankın uğurlu layihələri davamlı olacaq:

“Aktivlərin davamlı böyüməsini dəstəkləməyə və ümumilikdə uzunmüddətli strateji hədəflərə çatmağa xidmət edən subordinasiya istiqrazları vətəndaşlar üçün etibarlı və güvənilir investisiya olmaqla yanaşı, yerli kapital bazarının inkişafına da mühüm töhfə verəcək”.

Qeyd edək ki, ölkənin birinci bankı olan “Kapital Bank” Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.

Ətraflı videoda: