“Kapital Bank” “Naxçıvan Bank”ı almağı PLANLAŞDIRMIR
    • 8-12-2023, 12:16
    • 771

“Kapital Bank” “Naxçıvan Bank”ı almağı PLANLAŞDIRMIR

“Kapital Bank” nə xaricdə, nə ölkə daxilində hər hansısa bankı əldə etməyi planlaşdırmır.

News24.az xəbər verir ki, bunu “Kapital Bank”ın idarə heyətinin sədri, baş icraçı direktoru Fərid Hüseynov bankın cari il və növbəti dövr üçün hesabatı zamanı deyib. 

Fərid Hüseynov bildirib ki, “Naxçıvan Bank” ın istehlak portfelinin bir hissəsini “Kapital Bank”a ötürmüşük:

“Həmin məbləğ təxminən 60 milyon manat civarındadır. Bu barədə müştərilərə də məlumat verilib. “Kapital Bank” olaraq hər zaman Naxçıvanda aktiv olmuşuq. Bundan sonra da aktiv olmağı planlaşdırırıq”.

Qumral Əliyeva