Ordumuz “düşmən”ə qəfil zərbə endirdi – VİDEO
    • 10-06-2024, 13:45
    • 247

Ordumuz “düşmən”ə qəfil zərbə endirdi – VİDEO

Azərbaycanda keçirilən “Qafqaz Qartalı – 2024” təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər.

Bu barədə Müdafiə Nazirliyindən News24.az-a verilən məlumatda qeyd olunub.

Bildirilib ki, birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib.

“Qafqaz Qartalı – 2024” təlimində qarşıya qoyulan tapşırıqlar Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçuları tərəfindən müvəffəqiyyətlə icra olunur, – məlumatda vurğulanıb.