-
- 10-06-2024, 19:33
- 253
"Qəbələ" kapitanı ilə bağlı qərarını verdi
Növbəti mövsümdən Azərbaycan 1-ci liqasında mübarizə aparacaq "Qəbələ" kapitanı Asif Məmmədovla bağlı qərar verib.
News24.az xəbər verir ki, bu barədə QOL.az saytına açıqlamasında 37 yaşlı yarımmüdafiəçi özü bildirib. O, "Qəbələ" ilə başa çatan müqaviləsini yeniləyəcəyini deyib: "Neçə illərdir ki, bu komandadayam. Bundan sonra da "Qəbələ"nin 1-ci liqadan Premyer Liqaya yüksəlməyi üçün əlimdən gələni edəcəyəm. Bizim aramızda müqavilə söhbəti olmur. Hələlik rəsmi sözləşmə imzalamamışıq. Amma komandada qalacağam".
Qeyd edək ki, "Qəbələ" Premyer Liqanın 2023/24 mövsümündə 10-cu yeri tutduğu üçün elitanı tərk edib.
Xatırladaq ki, Asif Məmmədov 2015-ci ildən əyalət təmsilçisinin futbolçusudur.