"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
    • 8-03-2024, 16:00
    • 340

"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi


“Qəbələ” futbolçusu Gilad Abramovla yollarını ayırıb.

News24.az qol.az-a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-cü ilin iyulundan "Qəbələ"də çıxış edən israilli futbolçu “qırmızı-qara” formada 23 matç keçirib. Gilad Premyer Liqada 19, Azərbaycan kubokunda 2, Konfrans Liqasında 2 oyunda iştirak edib.