Avtobusa silahlı hücum: Ölən və yaralananlar var
    • 10-06-2024, 14:10
    • 231

Avtobusa silahlı hücum: Ölən və yaralananlar var

Hindistanın Cammu və Kəşmir əyalətinin Reasi bölgəsində hinduları məbədə aparan avtobusa silahlı hücum edilib.

News24.az polisin verdiyi açıqlamaya görə xəbər verir ki, hücum nəticəsində avtobus dərəyə yuvarlanıb və sürücü idarəetməni itirib.

Qəza nəticəsində 10 nəfərin öldüyü, 33 nəfərin yaralandığı bildirilib.

Hücum edənlərin tutulması üçün Hindistan ordusu və polisi tərəfindən axtarış əməliyyatı başlayıb.

Hindistanın baş naziri Narendra Modinin hadisə ilə bağlı məlumatlandırıldığı və yaralılara ən yaxşı müalicənin göstərilməsinə göstəriş verildiyi açıqlanıb.

Qeyd edək ki, Hindistan və Pakistan arasında mübahisələrin olduğu Kəşmir bölgəsində təhlükəsizlik problemləri var.

Günel Məlikzadə