"Atamla anamın bu halından utanmıram"
    • 10-06-2024, 21:44
    • 280

"Atamla anamın bu halından utanmıram"

"Xəstəxanada uşaqla yatmışam, mənə baxıb təəccüblənirdilər. Elə bilirlər biz səhnəyə çıxırıqsa, başqa yerdə olmamalıyıq. Deyirlər, Mehribanın qulluqçuları hardadı?".

News24.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova "Elgizlə izlə" verilişində deyib. Aktrisa valideynlərinin lal olmasından danışıb:

"Kiminsə övladı lal-kardır, gizlədir. Niyə utanmalıyıq? Bütün Azərbaycan bilir ki, atam da, anam da lal-kar olub. Bütün kartları açmışam, danışmışam ki, məndən əl çəkin. Atamla anamın bu halıyla fəxr etmişəm. Atam dünyasını dəyişib. Atam miningit olub və 7 yaşında lal-kar olub. Anamda isə anadangəlmədir. 6 övlad olduq, heç birimizə keçmədi. O cür övladdan utananlar maddi imkanı böyük olanlardır".