"Bezirəm anamın sualından" -oğlu Gülyanaqdan danışdı
    • 28-11-2019, 21:56
    • 1 254

"Bezirəm anamın sualından" -oğlu Gülyanaqdan danışdı

Xalq artisti Gülyanaq Məmmədovanın oğlu "Üçəlli" verilişində anası ilə bağlı sualları cavablandırıb.

News24.az axşam.az-a istinadən xəbər verir ki, o, anasının evdəki davranışlarından söz açıb:

"Evdə bəzən səs salanda bizə qışqırır. Bezirəm, tez-tez soruşanda ki, Gülyanağın oğlusan? Atamla anam bizə görə dalaşır. Atam deyir, dərsə getməsinlər, anam isə getməyimizi istəyir. Anam bütün günü deyir, dərs oxu, bezirəm".