-
- 10-06-2024, 21:55
- 267
Qəhrəmanyan tarix verdi: Ermənistanda hakimiyyət dəyişikliyi...
Keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkat Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb olacaq qədər güclü deyil.
News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Narek Qəhrəmanyan deyib.
“Bu, növbədənkənar parlament seçkilərinə səbəb ola biləcək hərəkat deyil. Bəli, hakimiyyəti dəyişmək mümkündür, amma bu, parlament seçkiləri ilə ola bilər”, - deputat qeyd edib.
Qəhrəmanyanın fikrincə, Ermənistanda hakimiyyət dəyişikliyi olacaqsa, bu, 2026-cı ildə keçiriləcək seçkilərlə olacaq.