Küləklə bağlı sarı xəbərdarlıq elan edildi
    • 10-06-2024, 22:33
    • 1 207

Küləklə bağlı sarı xəbərdarlıq elan edildi

İyunun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.

News24.az Metbuat.az-a istinadən bildirir ki, sinoptiklərin məlumatına görə, Naxçıvan MR, Gəncə, Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Ağdam, Bərdə, Mingəçevir, Yevlax, Şabran, Qax, Şəki, Zaqatala, Balakəndə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.