Rusiya təyyarəsi qəzaya uğradı - Ekipaj üzvləri öldü
    • 11-06-2024, 09:24
    • 6 310

Rusiya təyyarəsi qəzaya uğradı - Ekipaj üzvləri öldü

Rusiya Aerokosmik Qüvvələrinə məxsus “Su-34” təyyarəsi qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Şimali Osetiya dağlarında planlı təlim uçuşu zamanı baş verib.

İlkin məlumata görə, texniki nasazlıq səbəbindən təyyarə boş əraziyə düşərək qəza edib. Nəticədə ekipaj üzvləri həlak olub.