Səudiyyə Ərəbistanında qırıcı qəzaya uğradı
    • 28-08-2023, 21:53
    • 151

Səudiyyə Ərəbistanında qırıcı qəzaya uğradı

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus “Tornado” qırıcı təyyarəsi ölkənin şərqində qəzaya uğrayıb.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təyyarədəki iki ekipaj üzvü xilas olub. Qəza nəticəsində yerdə də ölən və xəsarət alan yoxdur.

Ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, briqada generalı Türki əl-Malikinin sözlərinə görə, hadisə günorta saatlarında qırıcı planlı təlim uçuşu həyata keçirərkən baş verib.

Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.