İstanbulda vətəndaşlar kabus yaşadı - VİDEO
    • 11-06-2024, 14:50
    • 276

İstanbulda vətəndaşlar kabus yaşadı - VİDEO

İstanbulun müxtəlif yerlərində yuvadan düşən qarğa balalarına vətəndaşlar kömək etmək istəyib. Qarğa balalarına zərər verməmək üçün onları olduqları yerdən götürmək istəyən vətəndaşlar digər qarğaların hücumuna məruz qalıb.

News24.az xəbər verir ki, səkiyə düşən bala qarğaya yaxınlaşmaq istəyən şəxsə başqa qarğalar hücum edib. Başına dəbilqə taxan vətəndaş səkidən qarğa balasını götürərək qaçmağa başlayıb. Bu vaxt dəbilqə ilə özünü qoruyan şəxsi başqa qarğalar da izləməyə başlayıb. Ətrafdakılar körpə qarğanı parkdakı ağaca tərəf atan şəxsi heyrətlə izləyiblər.

Həmin anlar kameraya düşərkən, başqa bir görüntüdə küçədə gedən gəncin qarğaların hücumuna məruz qaldığı, başqa bir görüntüdə isə bala qarğa içəriyə düşəndə digər qarğaların heç kimə yaxınlaşmadığı görünür. 

Günel Məlikzadə