Silahlı hücum: Avtomobilə güllə yağdırdı - Anbaan görüntülər
    • 8-04-2024, 21:00
    • 4 012

Silahlı hücum: Avtomobilə güllə yağdırdı - Anbaan görüntülər

İstanbulun Avcılar şəhərində taksiyə minən əcnəbi vətəndaş onu izləyən iki nəfərin hücumuna məruz qalıb. Hücum anı təhlükəsizlik kamerasına düşərkən, polis hadisə ilə bağlı araşdırma başlatdı.

News24.az xəbər verir ki, İstanbulda taksinin qarşısını kəsən hücumçular arxasınca getdikləri şəxsi tapança ilə yaralayıblar. Hücum saat 02:00 radələrində baş verib.

Ömər Şabi taksi sürərkən içərisində iki nəfərin olduğu avtomobil onların yolunu kəsib. Avtomobilin pəncərəsindən asılı vəziyyətdə olan təcavüzkar taksiyə tərəf atəş açıb.

Taksi dayandıqdan sonra təcavüzkar avtomobildən düşüb və atəş açmağa davam edib.

Hücumu görən taksi sürücüsü geri dönərkən, təcavüzkar Şəbini tapança ilə bir daha vurub.

Hücum edən şəxs piyada qaçarkən, digər şübhəlilərin getdiyi avtomobil sürətlə oradan uzaqlaşıb.

Taksidən düşən Şəbi xəbər alan polis maşınının qarşısına özünü atıb.

Yaralı xəstəxanaya aparılarkən taksiyə birdən çox güllə dəydiyi müəyyən edilib.

Avcılar Polis Müdirliyi qrupları təcavüzkarları müəyyən edərək, onların tutulması üçün əməliyyat başlatdı.

Günel Məlikzadə