Marsda 60 olimpiya hovuzu ölçüsündə donmuş su aşkar edilib
    • 11-06-2024, 21:55
    • 298

Marsda 60 olimpiya hovuzu ölçüsündə donmuş su aşkar edilib

Marsın ekvator vulkanlarının üstündə 60 olimpiya hovuzu ölçüsündə donmuş su aşkar edilib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, Avropa Kosmik Agentliyinin “ExoMars” və “Mars Express” missiyaları Günəş sisteminin ən hündür vulkanları olan Tarsis vulkanlarında şaxta aşkar edib.

Bu, Marsda soyuq mövsümlərdə təxminən 150 min ton suyun donması və buxarlanması deməkdir. Bu da təxminən 60 olimpiya hovuzuna bərabərdir.

Şaxta yalnız insan saçının qalınlığı qədər olsa da, çox böyük ərazini əhatə edir.