Qara Qarayev mükafatlandırılıb
    • 11-06-2024, 18:05
    • 255

Qara Qarayev mükafatlandırılıb

“Neftçi”nin futbolçusu Qara Qarayev mükafatlandırılıb.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

O, “Ayın qolu” layihəsi çərçivəsində may ayının qalibi olub. “Neftçi”nin futbolçusuna mükafatlar PFL-də təqdim olunub. Ona mükafatları qurumun prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim edib.