“Neftçi” Qara Qarayevi heyətinə QATIR
    • 21-07-2023, 17:52
    • 356

“Neftçi” Qara Qarayevi heyətinə QATIR

“Neftçi” növbəti transferi həyata keçirməyə çalışır. 

News24.az 
Apasport.az-a istinadən xəbər verir ki, “ağ-qaralar” “Qarabağ”ın daha bir futbolçusunu heyətinə qatmağı planlaşdırır.

Filip Ozobiçin ardınca Qara Qarayev də Bakı klubuna keçə bilər. Yarımmüdafiəçinin özü də heyətə düşməkdə çətinlik çəkdiyi üçün komandasını dəyişmək fikrindədir.

Qaranın xidmətində “Sabah” da maraqlıdır. Lakin “Neftçi” yarımmüdafiəçini razı salacaq təklif irəli sürəcək.

Qeyd edək ki, Qarayev karyerası ərzində yalnız “Qarabağ”da çıxış edib.