Qara Qarayev Füzulidə - FOTO
    • 16-10-2023, 19:09
    • 429

Qara Qarayev Füzulidə - FOTO

“Neftçi”nin yarımmüdafiəçisi Qara Qarayev Füzuliyə gedib.

News24.az Yenisabah.az-a istinadən xəbər verir ki, bununla bağlı o, özünün sosial şəbəkə hesabında paylaşım edib. Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olan futbolçu doğma şəhərinə baş çəkib.

Qarayev Füzuli rayonunda Xalq artisti, məşhur tarzən Elçin Həşimovla çəkdirdiyi şəkli “Facebook”da paylaşıb.

Qeyd edək ki, Qarayev 15 il “Qarabağ”da oynadıqdan sonra bu yay “Neftçi”yə transfer edilib.