Azərbaycanda bu il inflyasiya nə qədər olub? - RƏSMİ STATİSTİKA
    • 12-06-2024, 13:10
    • 381

Azərbaycanda bu il inflyasiya nə qədər olub? - RƏSMİ STATİSTİKA

Bu ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,2 %, qeyri-qida məhsulları üzrə 101,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 % təşkil edib.

News24.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin may ayında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni ayına nisbətən 100,3 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,6 %, qeyri-qida məhsulları üzrə 101 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 % olub.