Russel Krousuz "Qladiator" gəlir
    • 12-06-2024, 23:10
    • 200

Russel Krousuz "Qladiator" gəlir

Usta rejissor Ridli Skott 5 Oskar qazanan və baş rol ifaçısı Russell Crowe-yə 23 il sonra Ən Yaxşı Aktyor Oskarını qazandıran məşhur “Qladiator” filmini yenidən çəkir.

News24.az xəbər verir ki, birinci filmdə Maksimus obrazını canlandıran avstriyalı aktyor Russel Krou, Qladiatorun ikinci filmi ilə bağlı hisslərini belə bölüşüb:

"Filmdə öldüyüm üçün başqa bir film çəkəcəklərindən bir az narahat oldum və onların nə etdiklərinə dair heç bir fikrim yoxdu. Ancaq bəzi şeylər eşitdim və öz-özümə dedim: "Yox, yox, yox. , bu film o personajın səyahətindən bəhs etmir.'" Amma yeni film haqqında heç nə deyə bilmərəm".

Avstraliyalı aktyor, "Mən o filmi çəkdiyim yaşa və sonra baş verənlərə baxıram, o filmin mənim üçün açdığı qapılar... Tam səmimi deyirəm: Mütləq bir qədər melanxolik, bir qədər qısqanclıq var" deyib.

Qeyd edək ki, General Maksimusun ölümündən 30 il sonra hekayəni izah edəcək və 22 noyabr 2024-cü ildə ekranlara çıxması planlaşdırılır.

Günel Məlikzadə