"Oskar" mükafatlarının sahibləri bəlli oldu
    • 13-03-2023, 08:36
    • 213

"Oskar" mükafatlarının sahibləri bəlli oldu

95-ci "Oskar" mükafatlandırma mərasimində qaliblərin adları açıqlanıb.

News24.az xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərində keçirilən mərasimdə "ən yaxşı aktrisa" nominasiyası üzrə "Oskar" mükafatını Mişel Yeoh qazanıb ("Hər şey hər yerdə və dərhal" filmi).

Brendan Freyzer "Balina" ("The Whale") filmindəki roluna görə "ən yaxşı aktyor" kateqoriyasında "Oskar" mükafatını alıb.

"Pinokkio Qilyermo del Toro" ən yaxşı cizgi filmi mükafatına layiq görülüb.

Rejissor Edvard Bergerin çəkdiyi “Qərb cəbhəsində dəyişiklik yoxdur” filmi ona “Ən yaxşı operator işi” mükafatını qazandırıb.

Daniel Roerin “Navalnı” filmi “Ən yaxşı sənədli film” nominasiyasında qalib olub. “Ən yaxşı qısametrajlı bədii film” mükafatını Tom Berkli və Ross Uaytın “İrlandiya sayağı vida” filmi qazanıb. /SÖZCÜ/