-
- 12-06-2024, 21:22
- 717
Qarpızı acqarına yemək zərərlidir?
Yay aylarının vazkeçilməz meyvələrindən biri də qarpızdır. Təravətləndirici təsiri ilə seçilən qarpızı acqarına istehlak etdikdə orqanizmə təsiri tamam fərqli olur.
Bir çox insan acqarına qarpız yeməyin həzm problemlərinə səbəb ola biləcəyini düşünür. Ənənəvi inanclara görə, qarpızı acqarına istehlak etmək mədə problemlərinə səbəb olur. Mədə yanması, qaz problemi və ya ürəkbulanma yaşama ehtimalınız var
News24.az Medicina.az-a istinadən xəbər verir ki, ekspertlər isə tam əksini iddia edirlər. Xüsusilə isti yay günlərində səhər tezdən qarpız yeyərək günə başlamağın orqanizmin nəm balansını qorumaq və sərin qalmaq üçün təsirli olduğu bildirilir.
Qarpızın tərkibindəki yüksək su lifi bağırsaq hərəkətlərini artıraraq həzmi asanlaşdırır.
Tərkibində 90%-dən çox su olan qarpız orqanizmin maye ehtiyacını ödəyərək susuzluğun qarşısını alır. Yayda tərləmə nəticəsində itirilən mayeni əvəz edə bilər.
Bundan əlavə, elmi məlumatlara görə, qarpızın tərkibindəki şəkər qan şəkərini balanslaşdırmağa kömək edir. Gün ərzində enerjini artırmaq üçün qarpızı acqarına istehlak edə bilərsiniz. Qarpızın qanda şəkərin qəfil dəyişməsinin qarşısını alacağı bildirilir.
Qarpızın tərkibindəki amin turşusu olan sitrulin əzələ ağrılarını aradan qaldıra bilər. Səhərlər kifayət qədər miqdarda qarpız istehlakı əzələ problemlərini azaldır. Qarpız gün ərzində özünüzü daha çevik hiss etməyinizə səbəb olacaq.
İdmandan sonra 1 stəkan qarpız şirəsi içmək də tövsiyə edilir.
Həkimlər bildirirlər ki, insulin müqaviməti və şəkərli diabet xəstələri 2 dilimdən artıq qarpız qəbul etməməlidirlər. Ümumiyyətlə, hər qida kimi qarpız da qədərində yeyilməlidir.