Mədəsi həssas olanlar qəhvə içərkən diqqətli olun!
    • 10-05-2024, 13:10
    • 634

Mədəsi həssas olanlar qəhvə içərkən diqqətli olun!

Səhərlər qəhvə içmədən oyana bilmirsinizsə, o zaman diqqətlə oxuyun. Qəhvənin tərkibindəki maddələrin bəzi insanlara təsir etdiyi və mədə problemlərinə səbəb olduğu bildirilir. Boş mədədə qəhvə içmək  həssas mədələrə zərər verə bilər.

News24.az həmin mənfi  təsirləri təqdim edir:

1. Səhər qəhvəsi bir çox insanın əvəzolunmaz vərdişlərindən biri ola bilər. Ancaq acqarına qəhvə içmək bəzi insanlar üçün zərərli ola bilər. Bir çox insanlar səhər qəhvəsini içdikdən sonra bədənlərində ciddi dəyişikliklər müşahidə etmirlər. Ancaq bəzi hallarda təhlükəli ola bilər.

2. Kaliforniya Universiteti Tibb Fakültəsinin fiziologiya professoru Kim Barret, acqarına istehlak edilən səhər qəhvəsinin həssas mədəsi olan insanlarda reflü problemlərinə səbəb ola biləcəyini söyləyib. Bundan əlavə, bu vəziyyət müxtəlif narahatlıqlara səbəb ola bilər. Əgər mədənizdə artıq xora probleminiz varsa, onun simptomları ikiqat arta bilər.

3. Araşdırmalara görə, qəhvənin tərkibindəki maddələr turşu təsirləri verərək mədə turşusu istehsalını stimullaşdıra bilir. Ancaq bu, əksər insanlar üçün problem yaratmasa da, bir çox insanın mədə dərmanlarına aludə olmasına səbəb ola bilər.

4. Mədə problemlərinə birbaşa təsir edib-etmədiyini təhlil etmək üçün 8 min sağlam insan üzərində araşdırma aparılıb. Qəhvə istehlakı, xoralar və reflü arasında əhəmiyyətli bir əlaqənin tapılmadığı deyilir.

5. Mədənin özünü qorumaq üçün son dərəcə yaxşı təchiz edildiyini söyləyən Barrett, fərqli bir əsas xəstəlik olmadığı təqdirdə qəhvənin mədənin selikli qişasına zərər verməsinin çətin olduğunu ifadə etdi.

6. Mütəxəssislər deyirlər ki, kofenin soyuq şəkildə qəbulu mədəsi həssas insanlar üçün daha faydalı ola bilər. Buzlu qəhvə daha az turşulu birləşmələrə malikdir. Mütəxəssislərin fikrincə, acqarına bir fincan qəhvə içməyin əksər insanlar üçün heç bir zərəri yoxdur. Həssas mədəsi olanlar tünd qovrulmuş qəhvə hazırlaya bilərlər.

Mehriban Mirzəzadə