Joze Mourinyodan AVRO 2024 proqnozu
    • 12-06-2024, 17:41
    • 326

Joze Mourinyodan AVRO 2024 proqnozu

Futbol üzrə Avropa çempionatı AVRO-2024-ə ev sahibliyi edən Almaniya ilə Şotlandiya ilə iyunun 14-də keçiriləcək oyunla başlayacaq.

News24.az xəbər verir ki, 1 ay davam edəcək turnirin çempionu 14 iyul bazar günü oynanılacaq finalda müəyyənləşəcək.

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo turnirdən əvvəl TNT Sports kanalına proqnozlar verib.

Təcrübəli çalışdırıcı ölkəsi Portuqaliyanı AVRO-2024-də çempionatın favoriti kimi göstərib. O, İngiltərənin ikinci olacağını bildirib.

Qeyd edək ki, Mourinyo İngiltərə Milli Komandasından Harri Keynin Qızıl Ayaqqabı mükafatını, Jude Bellinqhemin isə turnirin oyunçusu mükafatını qazanacağını proqnozlaşdırmışdı.

Günel Məlikzadə