AVRO 2024 nə vaxt başlayır?
    • 8-05-2024, 12:16
    • 270

AVRO 2024 nə vaxt başlayır?

2024-cü il futbol üzrə Avropa çempionatı üçün geri sayım başlayıb. İyunun 14-də start götürəcək AVRO 2024-ün oyunları 10 fərqli şəhərdə baş tutacaq. Almaniyanın bir çox şəhərləri turnirə ev sahibliyi edəcək. 

News24.az xəbər verir ki, iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək çempionat 50 gün sonra Münhendəki “Allianz Arena”da Almaniya və Şotlandiya milliləri arasında keçiriləcək açılış matçı ilə başlayacaq.

AVRO 2024 OYUNLARI HARADA OYNALANACAQ?

AVRO-2024-ə Almaniyanın Berlin, Köln, Münhen, Frankfurt, Hamburq, Dortmund, Leypsiq, Gelzenkirxen, Ştutqart və Düsseldorf şəhərləri ev sahibliyi edəcək.

Türkiyə F QRUPUDUR

Milli Futbol Komandası AVRO-2024 F qrupunda Portuqaliya, Gürcüstan və Çexiya ilə mübarizə aparacaq.

"Aypara Ulduzları" ilk oyununu çərşənbə axşamı, iyunun 18-də Dortmundda Gürcüstana qarşı keçirəcək.

Yığma qrupda ikinci oyununu iyunun 22-də Dortmundda Portuqaliyaya, üçüncü oyununu isə iyunun 26-da Hamburqda Çexiyaya qarşı keçirəcək.

Günel Məlikzadə