-
- 13-06-2024, 08:51
- 229
İtaliya parlamentində yumruqlu DAVA - VİDEO
İtaliya parlamentində İtaliyanın baş naziri Giorgia Melonun rəhbərlik etdiyi sağçı koalisiya hökumətinin hazırladığı, regional hökumətlərə daha çox muxtariyyət verən qanun layihəsinin müzakirələri zamanı dava düşüb.
News24.az xəbər verir ki, Beş Ulduz Hərəkatının (M5S) deputatı Leonardo Donno İtaliya bayrağını açaraq qanun layihəsinə reaksiya verib.
Hakim partiyalardan olan deputatlar bu hərəkətə sərt reaksiya verib və Donnoya yumruqla hücum ediblər.
Hücumdan sonra aldığı zərbələrlə yerə yıxılan Donno əlil arabası ilə parlamentdən çıxarılıb.
Davadan sonra sessiya dərhal dayandırılsa da, davanı dağıtmaq üçün araya girən mühafizəçinin yaralandığı bildirilir.
Günel Məlikzadə