İtaliyada yeni hökumətin qurulması üçün məsləhətləşmələr başladı
    • 21-10-2022, 00:15
    • 185

İtaliyada yeni hökumətin qurulması üçün məsləhətləşmələr başladı

İtaliya Prezidenti Sercio Mattarella yeni hökumətin formalaşdırılması üçün siyasi məsləhətləşmələri başladıb.

News24.az xəbər verir ki, S.Mattarella əvvəlcə keçmiş prezident Giorgio Napolitano ilə müzakirələr aparıb, daha sonra Kuirinale Sarayında İtaliya Senatının sədri İqnazio Benito Maria La Russa və Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşlər keçirib. İtaliya Prezidenti, həmçinin parlamentdə təmsil olunan siyasi partiyaların üzvləri ilə də görüşəcək.

Siyasi məsləhətləşmələr oktyabrın 21-də başa çatacaq. S.Mattarellanın məsləhətləşmələrdən sonra sentyabrın 25-də keçirilən seçkilərdə parlamentin hər iki palatasında səs çoxluğu qazanan sağçı alyansa və koalisiyanın namizədi Giorgia Meloniyə hökumətin qurulması ilə bağlı tapşırıq verəcəyi gözlənilir.