Qazaxıstanda XII İqtisadi Forum başlayıb
    • 16-05-2019, 09:42
    • 768

Qazaxıstanda XII İqtisadi Forum başlayıb

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda XII İqtisadi Forum fəaliyyətə başlayıb.

News24.az
xəbər verir ki, tədbirin mövzusu "İlhamverici böyümə: insanlar, şəhərlər, iqtisadiyyatlar"dır. 

Forumu giriş sözü ilə Qazaxıstanın ilk prezidenti Nur-Sultan Nazarbayev açıb. Ölkəsinin Qazaxıstanın keçdiyi inkişaf yolu haqqında danışan N.Nazarbayev qeyd edib ki, Qazaxıstan dünyanın 15 ən yaxşı inkişaf edən ölkəsi arasındadır.

Tədbirdə 4 ölkədən siyasətçilər, iş adamları, tədqiqatçılar və müstəqil ekspertlər iştirak edir. Qeydiyyatdan keçən nümayəndələrin sayı 5 492 nəfərdir.

İki gün davam edəcək forum çərçivəsində 30 ölkədən 710 nəfər müxtəlif mövzularda çıxış edəcək. Forum çərçivəsində bəzi sessiyalara "Euronews"dan tanınmış jurnalisti Ştefan Qrobe (Shtefan Grobe) və CNN-dən Con Deftorios (John Deftorios) moderatorluq edəcək.
AEF-2019-da iştirak edənlər arasında Beynəlxalq Valyuta Fondunun (IMF) direktoru Kristina Laqard (Christine Lagard), Çinin vitse-baş naziri Han Çenq (Han Zheng), Ermənistan prezidenti Armen Sarqsyan, Nokia qrupunun direktoru Risto Siilasmaa, Dünya Bankının 2016-2018-ci illərdəki baş iqtisadçısı olmuş Pol Maykl Romer (Paul Michael Romer) və başqa şəxslər dəvət ediliblər.
Xatırladaq ki, bu vaxta qədər 11 dəfə keçirilən Astana İqtisadi Forumu (AEF) çərçivəsində dəyəri 20 mlrd. ABŞ dolları olan 300-dən artıq memorandum imzalanıb.