Ermənistan Belarusdakı səfirini geri çağırdı
    • 13-06-2024, 13:04
    • 158

Ermənistan Belarusdakı səfirini geri çağırdı

Ermənistan Belarusdakı səfirini geri çağırıb.

News24.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

Ermənistanın Belarusdakı səfiri məsləhətləşmələr üçün İrəvana çağırılıb.

Qeyd edək ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, Lukaşenko prezident olduğu müddətdə Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək.