"Sabah" Volkovu göndərdi
    • 13-06-2024, 21:00
    • 242

"Sabah" Volkovu göndərdi

“Sabah” hücumçusu Davit Volkovla yollarını ayırıb.

News24.az QOL.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gürcüstanlı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

"Sabah" Volkova kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2022-ci ilin yayından "Sabah"da oynayırdı.