Videosu ilə gündəm olan ananın qızı əlindən alındı - RƏSMİ
    • 13-06-2024, 17:36
    • 256

Videosu ilə gündəm olan ananın qızı əlindən alındı - RƏSMİ

Sosial şəbəkələrdə öz qızının qeyri-əxlaqi görüntülərini paylaşan ana məsuliyyətə cəlb olunub, övladı ondan alınıb.

News24.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, azyaşlı sığınacağa yerləşdirilib.

Komitə həmçinin sosial şəbəkələrdə ananın azyaşlı qızının qeyri-əxlaqi hərəkətlərini əks etdirən görüntülərini yaymasından dərhal sonra faktın araşdırılması ilə bağlı aidiyyəti qurumlara müraciət edib.

Azyaşlı və valideyni ərazi üzrə polis bölməsinə dəvət edilib, sonra uşaq anadan alınaraq Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdirilib. Ana ilə bağlı araşdırma davam edir.