“Eurovision"un Azərbaycan nümayəndəliyi Qüdsdə - VİDEO
    • 16-05-2019, 12:28
    • 904

“Eurovision"un Azərbaycan nümayəndəliyi Qüdsdə - VİDEO

"Eurovision 2019"un Azərbaycan nümayəndəliyi Qüdsə səfər edib. 

News24.az
-ın İsrailə ezam olunmuş müxbirinin məlumatına görə, nümayəndə heyətini Qüdsdə xüsusi qoruma müşaiyət edib. Səfər köhnə şəhərlə tanışlıqla başlayıb. Tur bələdçisi köhnə şəhərin bir neçə bölməyə ayrıldığını bildirib. Orada müsəlman, xristian və yəhudilərə aid hissələr olsa da, onları bir-birindən ayıran hər hansısa bir işarənin olmadığını da açıqlayıb. 
Şəhərlə tanışlıq Müqəddəs Məzar Kilsəsini ziyarətlə start götürüb. Kilsə İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdədir. Ümumiyyətlə, xristian dini elə bu torpaqlardan yayılmağa başlayıb.

Daha sonra səfər müsəlman və yəhudi bazarları ilə tanışlıqla davam edib. 

Qeyd edək ki, həmin bazarlar köhnə şəhərin turistik bölgəsində yox, Qüds sakinlərinin yaşadığı ərazidə yerləşir və insanlar gündəlik alış-verişini məhz oradan edirlər. 

Nümayəndə heyəti yəhudilərin ən müqəddəs yeri sayılan Qərb və ya  Ağlama divarını ziyarət edib. 
Onu da bildirək ki, məhz Ağlama divarı dünya liderlərinin mütləq ziyarət etdiyi və foto çəkdirdikləri məkandır. Ümumilikdə isə həmin divar 3 böyük dinin ortaq nöqtəsidir. 

Qüdslə tanışlıq şəhər bazarını gəzməklə davam edib. Köhnə şəhərdən fərqli olaraq bu bazar dini inanclara görə hissələrə ayrılmır. Burada diqqət çəkən məqam isə daha çox şirniyyat məhsullarının satılmasıdır.