-
- 19-05-2019, 13:13
- 1 054
Ermənistan nümayəndə heyəti: "Bu yarışmanın ən güclü mahnısı Azərbaycanın idi" - ETİRAF
Ötən gün İsrailin Tel-Əviv şəhərində keçirilən "Eurovision 2019" mahnı müsabiqəsinin final mərhələsindən sonra maraqlı hadisə yaşanıb.
News24.az-ın Tel-Əvivə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, müsabiqənin qalibi Niderland təmsilçisi Dunkan olub. Azərbaycanı təmsil edən Çingiz Mustafayevsə 41 ölkə arasında 7-ci yerdə qərarlaşıb.
Nəticələr açıqlandıqdan sonra Ermənistan nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinə yaxınlaşaraq, müsabiqədə ən güclü ölkənin məhz biz olduğunu bildiriblər. Ermənistan nümayəndələri bu müsabiqədə ən yaxşı mahnı və səs, eyni zamanda səhnə dekorasiyasının bizə məxsus olduğunu bildirirək, birinci yerə Azərbaycanı layiq bildiklərini də açıqlayıblar.