Sabahın havası AÇIQLANIB
    • 16-05-2019, 13:08
    • 836

Sabahın havası AÇIQLANIB

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 16-18, gündüz  27-29 dərəcə isti təşkil edəcək.
Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu,nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.   

Azərbaycanın rayonlarında mayın 17-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 9-14,  gündüz 16-21 dərəcə isti təşkil edəcək.