-
- 14-06-2024, 19:22
- 548
Qarğıdalı saçağı çayı hansı xəstəliklərdən xilas edir?
Əksər insanlar qarğıdalı saçağını atırlar. Ancaq ondan hazırlanan çayın bir çox faydası var.
News24.az medicina.az-a istinadla xəbər verir ki, yayın ən sevilən qidalarından olan qarğıdalının sağlamlığa faydaları da yenidən gündəmdədir.
Bəzi araşdırmalar qarğıdalı saçağının insan sağlamlığına çoxlu müsbət təsirləri olduğunu ortaya qoyub.
Qarğıdalı saçağı yüksək miqdarda antioksidant, lif, vitamin və mineral ehtiva edir. Bu xüsusiyyətlər bir çox sağlamlıq problemlərinə qarşı zireh rolunu oynaya bilər. Yüksək qan təzyiqi, böyrək xəstəlikləri və şəkər xəstəliyi kimi əhəmiyyətli sağlamlıq problemləri üçün qarğıdalı saçağını qaynadıb istehlak etmək tövsiyə olunur.
Bütün bunlara əlavə olaraq, sidikqovucu xüsusiyyətə malik olan qarğıdalı saçağı böyrək sağlamlığını dəstəkləyir.
Əvvəlcə bir stəkan qaynadılmış suya aptekdən aldığınız və ya təbii yolla əldə etdiyiniz qarğıdalı saçağını əlavə edin. 10-15 dəqiqə dəmləyin. Dəmlənmiş qarğıdalı saçağı çayını süzdükdən sonra darçın çubuq və ya limon əlavə edərək istehlak edə bilərsiniz.
Bu içkinin faydalarından yararlanmaq üçün gündə bir stəkan istehlak etmək tövsiyə olunur.