43 yaşlı kişi qarğıdalı dərmanından zəhərləndi
    • 7-08-2023, 11:46
    • 245

43 yaşlı kişi qarğıdalı dərmanından zəhərləndi

Qax rayonunda 43 yaşlı kişi qarğıdalı bitkilərini dərmanlayarkən zəhərlənib.

News24.az xəbər verir ki, hadisə avqustun 6-da rayonun Tanqıt kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 43 yaşlı Fehruz Fərzəliyev qarğıdalı bitkilərini kənd təsərrüfatı təyinatlı dərmanla dərmanlayarkən zəhərlənib. Daha sonra o, xəstəxanaya müraciət edib.

Hazırda Fehruz Fərzəliyevin müalicəsi davam etdirilir./Report/