-
- 8-05-2024, 21:41
- 880
Qaynadılmış qarğıdalının bilmədiyimiz faydaları - Suyunu atmayın
Qarğıdalı qaynadıb istehlak edildikdə çox faydalı olur. Bir çox insanlar qaynadılmış qarğıdalının suyunu tökürlər. Ancaq mütəxəssislər həmin suyu istifadə etməyi məsləhət görürlər.
News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, mütəxəssislər qarğıdalı suyunun faydaları sayəsində bir çox xəstəliklərin qarşısının alına biləcəyini bildiriblər.
Qarğıdalı suyunun tərkibində olan lif sayəsində bağırsaqlar aktivləşir və təmizlənmə prosesi başlayır. Bədənin zədələnmiş hüceyrəsini aşkar edib lazımi mineralları aktivləşdirərək toxuma, dəri, orqan və saç hüceyrələrininlərin bərpasına kömək edir.
Bu su sayəsində maddələr mübadiləsi canlanır. Mədəni rahatladır, yanma və şişkinliyə kömək edir.
Tərəvəz şorbası hazırlayanda qarğıdalı bulyonundan istifadə etmək onu daha dadlı edir.
Qaynadılmış qarğıdalı tərkibindəki bir çox vitaminləri suya köçürür. Bu su ilə faydalı saç maskaları hazırlamaq olar.
Cansız bitki torpağına əlavə edilən qarğıdalı suyu çiçəklərin qısa müddətdə canlanmasına və rənglənməsinə də kömək edir.