18 yaşlı gənci həmyaşıdı öldürdü
    • 15-06-2024, 08:59
    • 208

18 yaşlı gənci həmyaşıdı öldürdü

İyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

News24.az xəbər verir ki, bu barədə Sabunçu rayon prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhim Əsədov iş üzrə şübhəli şəxs qismində tutulub.