-
- 15-06-2024, 15:45
- 352
Bu məktəblər cəzalandırılacaq – RƏSMİ
Ümumi təhsil müəssisələrinə əvvəlcədən “Son zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimatlar verilsə də, tələblərin pozulduğu hallar müşahidə olunur.
News24.az "Unikal"-a istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib:
"Ümumi təhsil müəssisələrinə əvvəlcədən “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərilib. Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunur. Bildiririk ki, Agentlik tərəfindən bu tip hallarla bağlı müvafiq araşdırmalar aparılacaq. Məktəb rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək".