Ramazan ayının 12-ci gününün - Duası, imsak və iftar vaxtı...
    • 16-05-2019, 20:00
    • 1 058

Ramazan ayının 12-ci gününün - Duası, imsak və iftar vaxtı...

Sabah Ramazan ayının 12-ci günüdür.

News24.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 17-də Bakıda imsak saat 03:41, iftar isə saat 20:07-dədir.  

Ramazan ayının 12-ci gününün duası: “İlahi, bu ayda məni həya və iffətlə zinətləndir, itaət və razılıq libasını geyindir. Bu ayda məni ədalət və insaf yolu ilə apar, qorxduğum hər şeydən məni hifz et. Səni Öz ismətinə and verirəm ey, (ürəklərində) Allah qorxusu olanların Himayədarı!