Şolts Bürgenştok konfransını tərk ETDİ
    • 16-06-2024, 15:39
    • 156

Şolts Bürgenştok konfransını tərk ETDİ


Almaniya kansleri Olaf Şolts iyunun 16-da səhər saatlarında İsveçrədə Ukrayna üzrə konfransı başa vurmamış tərk edib.

News24.az "Unikal"a istinadən xəbər verir ki, Şoltsun Berlində görüşləri planlaşdırılıbmış. Amma bu görüşlər barədə əlavə məlumat verilməyib.

Bundan əvvəl ABŞ-nin vitse-prezidenti Kamala Harris də İsveçrədəki konfransı tərk edib.

Qeyd edək ki, Ukrayna üzrə konfrans iyunun 15-16-da Bürgenştok kurortunda keçirilir.