-
- 17-06-2024, 12:46
- 575
Anomal isti: 4 turist öldü
Yunanıstan ölkə tarixində ən erkən isti hava dalğasına məruz qalıb. Paytaxt Afina və ətrafında bir sıra məşhur turistik yerlər bağlanıb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.
Bildirilib ki, yüksək temperatur səbəbi ilə 4 turistin ölümü qeydə alınıb, itkin düşənlər var.
Temperaturun azı 3 gün ərzində 38 dərəcədən yüksək olacağı proqnozlaşdırıldığı üçün ölkəyə səyahət edən hər kəsə təcili xəbərdarlıq olunub.
Ən yüksək temperatur (+ 44, 5 dərəcə ) Kritin şimal-qərb sahilində qeydə alınıb.